Muzey Mərkəzində Xəttatlıq üzrə Ustad Dərsləri keçiriləcək
Azərbaycanın zəngin xəttatlıq irsini yaşatmaq və gənc nəsildə bu qədim sənətə maraq oyatmaq məqsədilə Muzey Mərkəzində tanınmış xəttat Tahir Ələkbərovun rəhbərliyi ilə xəttatlıq üzrə ustad dərsi keçiriləcək. Tədbir ərzində iştirakçılar klassik xəttatlıq sənətinin nəzəri və praktiki əsaslarını öyrənmək imkanı əldə edəcəklər.
Ustad dərsləri iki yaş qrupu üzrə təşkil olunacaq:
Təlim proqramına xəttatlıq sənətinin tarixi, yazı növləri (Nəstəliq, Sülüs və s.), alət və materiallarla işləmə qaydaları, həmçinin canlı yazı təcrübələri daxildir. İştirakçılar sənətin incəliklərini peşəkar xəttatın müşayiəti ilə birbaşa praktiki məşqlər zamanı tətbiq edəcəklər.
Tarix: 15-16 iyul 2025
Saat: 18:00
Məkan: Muzey Mərkəzi, Bakı