Xəzər Süleymanlının “İkimizin Payızı” adlı Musiqili Poeziya Gecəsi tamamilə fərqli formatda təqdim olunacaq. Səhnədə müxtəlif insan həyatları bədii şəkildə həllini tapacaq və bu qeyri-adi hekayələri poetik duyğular müşayiət edəcək. Hər bir şeir bir ömrün səsini, hər bir ömür bir şeirin mənasını daşıyacaq. Təxminən iki saatlıq bu poeziya və musiqi axını tamaşaçıları unudulmaz bir duyğu səyahətinə aparacaq.